Aİ Meloni-Tramp görüşünə xüsusi ümidlər bəsləyir

 10:53 17.04.2025     186

Avropa İttifaqı (Aİ) İtaliyanın baş naziri Giorgia Meloni ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşün, Vaşinqtonun ticarət tarifləri ilə bağlı mövqeyinə aydınlıq gətirəcəyinə ümid edir.

Redaktor.az bu barədə "Financial Times" qəzetinə istinadla xəbər verir.

Aİ-nin ticarət müzakirəçiləri Tramp administrasiyasının tələblərinin dəqiq şəkildə təqdim olunmamasından narazılıq edirlər və bu səbəbdən, Meloni-nin görüşdə məsələyə aydınlıq gətirə biləcəyini düşünürlər. Meloni ilə Tramp arasında şəxsi etimad münasibətləri mövcuddur və Tramp onu “güclü lider” kimi qiymətləndirmişdir.

Bununla yanaşı, Meloni-nin ABŞ-nin ticarət təhdidləri qarşısında yumşaq yanaşması bəzi Aİ ölkələrində narazılığa səbəb olub. Aprelin 17-də Vaşinqtonda Trampla görüşəcək olan Meloni, onunla ticarət məsələlərində güzəşt almağa çalışacağı gözlənilir. “Politico” nəşrinin yazdığına görə, Meloni, ABŞ prezidentinin ticarət təhdidləri ilə danışıqlar aparmağı məqsəd qoyub.

Aytəkin TOFİQQIZI