Yaponiyada qəribə bir paradoks: Niyə yaşıl işıq "mavi" adlanır?

 13:35 17.04.2025     311

Yaponiyada işıqforlarda klassik sarı, qırmızı və yaşıl rənglər mövcuddur. Lakin maraqlıdır ki, yaşıl işıq gündəlik həyatda "mavi işıq" - yapon dilində "ao" kimi adlandırılır. 

Redaktor.az xəbər verir ki, u, ilk baxışda qarışıqlıq yaratsa da, tarixi və dilçilik səbəbləri ilə izah olunur.

Rəng anlayışının tarixi kökləri

Keçmişdə yapon dilində rənglər beş əsas kateqoriyaya bölünürdü:

Ao (青) – mavi

Ki (黄) – sarı

Aka (赤) – qırmızı

Kuro (黒) – qara

Shiro (白) – ağ

Bu təsnifat çincədən mənimsənmiş və uzun müddət yaşıl kimi rəngləri ayrıca ifadə etmirdi. "Ao” termini həm mavi, həm də yaşıl tonları üçün istifadə olunurdu. Nəticədə, yaşıl rəngin müxtəlif nümunələri – o cümlədən yarpaqlar, meyvələr və ya işıqfor – ao adı ilə tanınmağa başlayıb.

Bəs "midori” nədir?

Zamanla yapon dilində "midori” (緑) sözü yaşıl rəngi ifadə etmək üçün ayrıca formalaşıb. Lakin midori daha çox bitkilər, təbiət və yaşıl örtü ilə bağlı kontekstlərdə işlədilir. Məsələn, yaşıl meşə, yaşıl tərəvəzlər kimi.

Əgər Yaponiyada bir şəxs işıqforu təsvir edərkən "midori” sözünü istifadə etsə, bu yanlış anlaşılma yarada bilər – çünki dinləyici bunun təbiətlə bağlı bir şey olduğunu düşünə bilər. Bu səbəbdən, işıqforlarda yaşıl işıq üçün hələ də "ao” sözü istifadə olunur.

İşıqforda "ao” istifadəsinin tarixi

Yaponiyada ilk işıqfor 1930-cu ildə Tokionun Hibiya bölgəsində quraşdırılıb. Həmin dövrdə işıqların rəngi mavi-yaşıl arasında dəyişən tonlarda olduğundan, "ao” termini seçilib. Bu adlandırma zamanla standartlaşaraq bugünkü istifadəyə qədər gəlib çıxıb.

Yəni, texniki olaraq işıq yaşıl olsa da, dil və mədəniyyət baxımından "mavi” olaraq qəbul edilir (Qaynarinfo).