Tarkanın anası son mənzilə yola salındı - FOTO

Məşhur türkiyəli müğənni Tarkanın anası Nəşə Təvətoğlu bu gün dəfn edilib.
Redaktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, N.Təvətoğlu ürəktutmasından vəfat edib.
Almaniyada konsertdə olan Tarkan anasının ölüm xəbərini alan kimi ölkəyə qayıdıb. Bu gün Maltəpə Cümhuriyyət məscidində mərasim keçirilib və mərhum Maltəpə qəbiristanlığında dəfn edilib.
Vasif

