Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb - Ərdoğan

 20:01 17.04.2025     347

Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan komandoların məzuniyyət tədbirində çıxışında deyib.

O bildirib ki, Türkiyə terrorla mübarizə üçün ortaya qoyulan səylərin nəticəsini görür: “Terrorsuz Türkiyə məqsədimizə çatmaq üçün qardaşlığımızı daha da gücləndirəcək addımlar atırıq. Bu günə qədər böyük səbir, qətiyyət və həssaslıqla prosesi idarə etdik. Terrorsuz Türkiyə məqsədimizə çatanda qarşımızda yeni səhifə açılacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən