Lukaşenko Belarusun Ermənistandakı səfirini vəzifəsindən azad ETDİ

 21:59 17.04.2025     185

Belarus Prezidenti Aleksandr Lukaşenko 17 aprel tarixində imzaladığı sərəncamla Aleksandr Konyuku Belarusun Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Belarus liderinin rəsmi saytında yer alıb.

Digər sərəncama əsasən, Vyaçeslav Bril də Belarusun Nigeriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, eyni zamanda Qana, Kamerun və Fil Dişi Sahilindəki səfir vəzifələrindən azad olunub.