İstanbulda xüsusi ictimai avtobus sahiblərindən İBB qarşısında etiraz aksiyası

İETT-yə bağlı fəaliyyət göstərən xüsusi ictimai avtobus sahibləri, ödənişlərini vaxtında ala bilmədikləri üçün İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) qarşısında etiraz aksiyası keçirib.
Redaktor.az xəbər verir ki, İBB-nin Saraçxanədə yerləşən başqanlıq binası önündə toplaşan avtobus sahibləri “Eyni yolu gedirik, bərabər münasibət istəyirik”, “Əkrəm başqan, esnaf çıxılmaz vəziyyətdə qaldı” və “İETT-nin avtobusları yolda qalır, hesab xüsusi avtobusçulara kəsilir” yazılı pankartlarla şüar səsləndiriblər.
Kənan YUSİF