“Narkokapan-Ankara” əməliyyatında saxlanılanların sayı 602-yə ÇATDI

 22:40 17.04.2025     110

Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya, “Narkokapan-Ankara” adlı narkotik əməliyyatında saxlanılan şübhəli sayı­nın 602-yə yüksəldiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, hazırlığı 6 ay davam edən və Türkiyə Cümhuriyyəti tarixinin ən böyük narkotik əməliyyatı kimi qiymətləndirilən əməliyyat çərçivəsində əməliyyatlar davam etdirilir.

Əməliyyatın əsas hədəfi isə “torbacı” adlandırılan küçə səviyyəsində narkotik satan şəxslərin zərərsizləşdirilməsidir.

Kənan YUSİF