Antalya Hava Limanı mart ayında 1 milyon 78 min sərnişinə xidmət göstərib

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dövlət Hava Limanları İdarəsinin (DHMİ) yaydığı məlumata görə, Antalya Hava Limanı mart ayında ümumilikdə 1 milyon 78 min 360 sərnişinə xidmət göstərib.
Redaktor.az xəbər verir ki, aylıq statistikaya əsasən, daxili xətlər üzrə sərnişin sayı 402 min 350, xarici xətlər üzrə isə 676 min 10 olub.
Mart ayı ərzində hava limanına ümumilikdə 8 min 213 təyyarə eniş və qalxış edib. Bu rəqəm daxili xətlər üzrə 3 min 450, xarici xətlər üzrə isə 4 min 763 olaraq qeydə alınıb.
Kənan YUSİF