Türkiyədə gömrükdə 17 kq nartokit vasitə ələ KEÇİRİLDİ

Türkiyənin Edirnə şəhərinin İpsala Sərhəd Qapısında həyata keçirilən əməliyyat zamanı bir cipdə 17 kiloqram narkotik vasitə aşkarlanıb.
Redaktor.az xəbər verir ki, İpsala Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları şübhəli saydıqları nəqliyyat vasitəsini rentgen (x-ray) cihazından keçirdikdən sonra axtarışı narkotik detektor iti ilə davam etdiriblər.
Nəticədə avtomobilin müəyyən hissələrində gizlədilmiş 17 kiloqram narkotik vasitə aşkarlanıb. Avtomobilin sürücüsü saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.
Kənan YUSİF