“CHP və rəhbərliyi bitmiş bir hekayənin siyasi ayağıdır” - Dövlət Bağçalı

Milliyyətçi Hərəkat Partiyasının (MHP) Başqanı Dövlət Baxçalı, CHP-yə qarşı sərt ifadələr işlədib.
Redaktor.az xəbər verir ki, sosial media hesabından açıqlama yayan Baxçalı bildirib: "CHP və onun rəhbərliyi bitmiş bir hekayənin siyasi ayağıdır. Bu zehniyyətdən xeyir gələcəyini gözləmək, bir bitin dəvə ilə güləşməyə cəhd etməsi qədər absurddur".
Ağlın, insanın məqsədini və bu məqsədə necə çatacağını göstərən ən mühüm vasitə olduğunu bildirən MHP lideri, funksional düşüncə qabiliyyətinin vacibliyini vurğulayıb: “Ağlı qarışıq olanların nə fikirləri, nə əməlləri, nə də hərəkətləri tutarlıdır".
Kənan YUSİF