ABŞ-də universitetdə baş verən atışma nəticəsində 5 nəfər öldü, 4 nəfər yaralandı

 23:11 17.04.2025     135

ABŞ-nin Florida ştatındakı universitetdə baş verən atışma nəticəsində 5 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli "WFTV9" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

"CNN" telekanalının verdiyi məlumata görə isə, hadisənin əsas şübhəlisi saxlanılıb və hazırda nəzarət altındadır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

Bildirilib ki, atəş açan iki nəfər olub. Onlardan biri hadisə zamanı öldürülüb, digəri isə saxlanılıb.