"Zelenskini qınamıram, amma deyirəm ki..." - Trampdan jurnalistin sualına CAVAB

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin işindən narazı olduğunu bildirib.
Redaktor.az bu barədə xarici mediaaya istinadla xəbər verir.
"Mən ondan (Zelenskidən) razı deyiləm", - Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb. “Mən Ukrayna münaqişəsində iştirak edən hər kəsdən razı deyiləm”. Tramp Ukraynada münaqişənin başlanmasına kimin cavabdeh olduğunu müzakirə edərkən “Zelenskinin cavabdeh olub-olmadığını bilmirəm” deyib. "Amma bu müharibənin başlaması məni xüsusilə həyəcanlandırmır."
"Mən onu qınamıram, amma deyirəm ki, o, əlindən gələni etmədi. Mən onun böyük fanatı deyiləm. Bu, doğrudur", - Amerika lideri Zelenski haqqında danışarkən əlavə edib.
"Bildiyiniz kimi, Rusiya daha böyükdür. Onun hərbi gücü daha böyükdür. Əgər ağıllı olsanız, Rusiya ilə müharibələrə qarışmazsınız", - Amerika lideri Kiyevin hərəkətlərini qiymətləndirərək davam edib.
“Siz həmin kresloda oturan şəxsi günahlandıra bilərsiniz”, – Tramp əlavə edib. - "Bayden nə baş verdiyini başa düşmədi".
Turan İSMAYIL