Britaniya Rusiyanı Ukraynada şərtsiz atəşkəslə razılaşmağa çağırdı

 10:18 18.04.2025     134

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Rusiyanı Ukraynada dərhal, tam və şərtsiz atəşkəsə razı olmağa çağırıb.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla xəbər verir. 

Devid Lemmi ABŞ dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoffla birlikdə Ukrayna üzrə danışıqlarda iştirak edib. Görüşlər Parisdə keçirilib, lakin nazir görüşlərin təfərrüatlarını açıqlamayıb. 

Qeyd edək ki, aprelin 17-də Parisdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya Avropa və Ukraynanın diqqətini münaqişənin sülh yolu ilə həllinə yönəltməsini gözləyir.

Aytəkin TOFİQQIZI