Rusiya Xarkovu vurdu - ölən və yaralananlar VAR

 10:20 18.04.2025     337

Rusiya Silahlı Qüvvələrinin Xarkova ballistik raketlə zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, 57 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Xəsarət alanlardan beşi uşaqdır.

Xarkov vilayət dövlət administrasiyasının sədri Oleq Sineqobov bildirib ki, zərbə Osnovyansk rayonunda çoxmənzilli yaşayış binalarına endirilib.

Məlumata görə, dağıntılar altında insanların qalması ehtimal olunur.

Vumart və Güvən reklamı Vumart Güvən