Ukrayna ilə bağlı müzakirələr sona qədər davam edə bilməz - Marko Rubio

 11:35 18.04.2025     157

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynada münaqişənin nizamlanması ilə bağlı danışıqlar sonsuz sürə bilməz.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

Onun sözlərinə görə, bir neçə gün ərzində bu məsələdə irəliləyişin mümkün olub-olmadığına aydınlıq gətirilməlidir.

Rubio vurğulayıb ki, əgər qısa müddətdə sülhə nail olmaq mümkün olmasa, ABŞ alternativ yollarla irəliləməyə məcbur olacaq.

Aytəkin TOFİQQIZI