Ukrayna 900, Rusiya isə 41 meyit təhvil VERDİ

Rusiya ilə Ukrayna arasında müharibədə həlak olan şəxslərin meyitlərinin mübadiləsi baş tutub.
Redaktor.az xəbər verir ki, bu barədə məkumatı Ukraynanin Hərbi Əsirlərlə Rəftar üzrə Koordinativ Qərargahı özünün “Telegram” kanalında məlumat verib.
Bildirilib ki, Ukrayna 909 hərbçinin meyitini təhvil alıb, 41 nəfərin meyiti isə Rusiya tərəfinə təhvil verilib.
O da qeyd olunub ki, Ukraynaya verilən meyitlər əsasən Kuraxovo, Pokrovsk, Baxmut, Uqledar, Luqansk, Zaporojye, Sumı və Xarkov, bəziləri isə Rusiya ərazisindən götürülüb.
Ukraynaya geri qaytarılan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinə qısa müddətdə başlanılacağı da açıqlanıb.