Uitkoff Parisdə "Mossad"ın rəhbəri ilə görüşüb - KİV

 19:18 18.04.2025     172

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Parisdə İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə qeyri-rəsmi görüş keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, S.Uitkoff İsrail rəsmiləri ilə nüvə proqramı üzrə ABŞ-İran danışıqlarını müzakirə edib. Görüşdə Barnea və Dermer aprelin 19-da Romada İranla danışıqların ikinci raundundan əvvəl ABŞ-nin mövqeyinə təsir etməyə çalışıblar.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin İranın nüvə proqramına dair 2015-ci il razılaşmasına bənzər saziş bağlaya biləcəyindən narahatlığını ifadə edib.