Ermənistanda İrana məxsus yük maşını AŞDI

 20:13 18.04.2025     168

Ermənistanın Sünik vilayətində İrana məxsus yük maşını aşıb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün gündüz saatlarında baş verib. 47 yaşlı sürücü Kərim Nəzəri idarəetməni itirib, nəticədə yük maşını yoldan çıxaraq ağaclara çırpılıb və aşıb. Qəzadan sonra yanacaq çəni deşilib və yanacaq ətrafa axıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qafan xəstəxanasına yerləşdirilib.