Türkiyə tarixinin ən böyük narkotik əməliyyatında saxlanılanların sayı 635-ə yüksəldi

 21:42 18.04.2025     119

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, "Narkokapan-ankara" əməliyyatı çərçivəsində 626 ünvana eyni anda təşkil edilən basqınlarda saxlanılan şübhəli sayısının 635-ə çatdığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Nazir, məlumatı sosial media hesabından paylaşıb.

Mahallə və küçələrdə narkotik satan “torbacı”lara qarşı yönəldilən əməliyyat nəticəsində yeni həbslər həyata keçirilib. Yerlikaya, əməliyyatların hələ də davam etdiyini vurğulayıb.

Kənan YUSİF