Türkiyədə dənizi çirkləndirən gəmiyə 10 milyon 100 min lirə CƏRİMƏ

Türkiyədə Mersin Beynəlxalq Limanında dənizə çirkli və paslı su buraxdığı müəyyən edilən gəmiyə 10 milyon 100 min lirə cərimə tətbiq olunub.
Redaktor.az xəbər verir ki, Mersin Böyükşəhər Bələdiyyəsinin Elektron Gəmi Nəzarət Sistemi vasitəsilə aparılan yoxlamalarda limanda dayanan bir gəmidən dənizə çirklənmiş su axıdıldığı aşkarlanıb.
Əraziyə cəlb olunan Dənizçilik Xidmətləri və Nəzarəti Şöbəsi əməkdaşları, gəmiyə yüksək məbləğdə cərimə tətbiq edib. Dənizə buraxılan sudan götürülən nümunələr isə analiz üçün aidiyyəti laboratoriyaya göndərilib.
Kənan YUSİF