29 miqrant qaçaqçısı və 723 qanunsuz miqrant saxlanıldı

 22:02 18.04.2025     204

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkə üzrə keçirilən genişmiqyaslı yoxlamalarda 9-u əcnəbi olmaqla, ümumilikdə 29 miqrant qaçaqçılığı təşkilatçısının və 723 qanunsuz miqrantın saxlanıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Nazir sosial media hesabında paylaşdığı məlumatda, Türkiyə miqyasında qeyri-qanuni miqrasiyaya və qaçaqçılığa qarşı yoxlamaların həyata keçirildiyini bildirib.

Yoxlamalar zamanı 388 min 809 nəfərin kimliyi yoxlanılıb. Nəticədə 9-u əcnəbi olmaqla, 29 miqrant qaçaqçılığı təşkilatçısı və 723 qanunsuz miqrant ələ keçirilib.

Kənan YUSİF