İzmirdə FETÖ əməliyyatı keçirildi, 10 nəfər saxlanıldı

İzmir başda olmaqla Türkiyənin 5 vilayətində, Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə Silahlı Qüvvələri daxilindəki gizli strukturuna qarşı keçirilən əməliyyatda 10 şübhəli saxlanılıb.
Redaktor.az xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, FETÖ-nün hərbi gizli strukturlarında fəaliyyət göstərdikləri müəyyən edilən, ankesörlü telefonlardan əlaqə qurduqları sübuta yetirilən və FETÖ ilə əlaqəli olduğu üçün bağlanan hərbi məktəblərlə əlaqələri kəsilən 10 nəfər haqqında həbs qərarı verilib.
İzmir mərkəzli olaraq Ankara, İstanbul, Kocaeli və Antalya vilayətlərində təşkil edilən əməliyyatlarda adıçəkilən 10 şübhəli saxlanılıb.
Onların istintaq orqanlarındakı əməliyyatları davam edir.
Kənan YUSİF