Nigeriyada tikintisi gedən çoxmərtəbəli bina UÇDU

 20:06 19.04.2025     76

Nigeriyanın iqtisadi mərkəzi olan Laqosda tikintisi tamamlanmamış çoxmərtəbəli bina uçub.

Redaktor.az xəbər verir ki, şahidlər çoxlu sayda zərərçəkənlərin olduğunu bildirirlər.

Hadisə aprelin 19-da səhər saatlarında Ocodu rayonunda baş verib. Uçqun altında həm işçilər, həm də təsadüfi yoldan keçənlər qalıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. Hələlik doqquz nəfər xilas edilib.