Ukrayna Rusiya ilə atəşkəsin Pasxadan sonra da davam etdirilməsini istəyir - Zelenski

Əgər cəbhə xəttində həqiqətən tam sakitlik yaranarsa, Ukrayna bu atəşkəsin 20 aprel Pasxa günündən sonra da davam etdirilməsini təklif edir.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, Rusiya Federasiyasının artıq 39 gündür ABŞ-ın təklif etdiyi 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışına məhəl qoymadığını xatırladıb.
“Əgər indi Rusiya qəfil şəkildə doğrudan da tam və qeyd-şərtsiz sakitliyə razıdırsa, Ukrayna da eyni şəkildə cavab verəcək – Rusiya tərəfinin davranışına uyğun. Sakitliyə sakitlik, zərbəyə müdafiə üçün zərbə ilə cavab veriləcək. Bu, Rusiyanın əsl niyyətlərini üzə çıxaracaq. Çünki 30 saat etimadı möhkəmləndirəcək real addımlar üçün kifayət etmir. Otuz günlük atəşkəs isə sülhə bir şans verə bilər” – deyə Zelenski əlavə edib.