Türkiyədə ağır yol qəzası baş verdı - xəsarət alanlar var

Türkiyədə yük maşını tur avtobusu ilə toqquşub, 13 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Hadisə Bilecik şəhərinin Bozüyük rayonunda qeydə alınıb.
Xəsarət alanlar arasında tələbələr də var.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.