Ermənistanda rüşvətxor məmurlar SAXLANILDILAR

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin paytaxt İrəvanın Şenqavit rayonunda keçirdikləri əməliyyat nəticəsində iki vəzifəli şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Onlar rüşvət almaqda şübhəli bilinirlər.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib. İstintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.
Məmurların adları və vəzifələri açıqlanmır.