Avstraliyada güclü dalğalar nəticəsində 7 nəfər boğularaq ÖLDÜ

 13:27 21.04.2025     65

Avstraliyada həftə sonu çimərliklərdə nəhəng dalğalar səbəbindən fəlakət baş verib. Dünən Yeni Cənubi Uelsin orta şimal sahilində 9 yaşlı uşaq dalğalar tərəfindən sürüklənərək qayaların arasında ilişərək ölüb. 

Redaktor.az sondakika.com-a istinadən xəbər verir ki, Həftə sonu Yeni Cənubi Uels və Viktoriya sahillərində boğulanların sayı 7-yə çatarkən, 2 nəfərin itkin düşdüyü bildirildi. Cümə günü və həftəsonu Yeni Cənubi Uelsdə boğulma təhlükəsi ilə üzləşən ən azı 150 nəfərin xilas edildiyi bildirilir. Avstraliyanın baş naziri Antoni Albanese həyatını itirənlərin ailələrinə başsağlığı verərək, "Xahiş edirəm, hamı diqqətli olsun. Xüsusilə uşaqlarınıza diqqət yetirməlisiniz" deyib.

Toğrul Əhmədzadə