İraqın şimalında terrorçulara aid sığınacaq məhv EDİLDİ

 21:23 21.04.2025     92

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatı çərçivəsində terrorçulara məxsus daha bir mağara aşkar edilərək istifadəyə yararsız hala gətirilib.

Redaktor.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, mağarada silah, sursat və müxtəlif həyat tərzi üçün istifadə olunan materiallar ələ keçirilib.

Əməliyyat bölgəsində axtarış fəaliyyətləri fasiləsiz şəkildə davam etdirilir.

Kənan YUSİF