Türkiyədə zəncirvari qəza baş VERDİ

 22:18 21.04.2025     189

Türkiyədə Anadolu Otoyolunun Kocaeli ərazisində 2 yük maşını və bir furqonun toqquşması nəticəsində yol hərəkətində ləngimə yaşanıb.

Redaktor.az xəbər verir ki, İzmit rayonunda Ankara istiqamətində hərəkətdə olan H.Ö. idarəsindəki firqon, A.G. və İ.Ö.-nün sürdüyü tırlarla toqquşub.

Hadisə yerinə jandarma, yanğınsöndürən və təcili tibbi yardım qrupları cəlb olunub.

Xəsarət alanın olmadığı qəza sonrası nəqliyyatın axını, avtomobillərin yoldan götürülməsi ilə normallaşıb.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən