İsrailin hücumu nəticəsində 5 fələstinli həlak OLDU

İsrail ordusu, Qəzza şəhərinin mərkəzində yerləşən və didərgin düşmüş mülki şəxslərin yaşadığı düşərgədəki aşxananı hədəf alıb. Hücum nəticəsində 5 fələstinli həyatını itirib.
Redaktor.az xəbər verir ki, Qəzza Mülki Müdafiə İdarəsinin rəisi Raid Dahşanın verdiyi məlumata görə, İsrail ordusu şəhərdəki stadionda yerləşən və didərginlər üçün yemək hazırlanan çadırı bombalayıb.
Zərbə nəticəsində aşxanadakı qaz balonlarının partlaması böyük yanğına səbəb olub. Yanğın zamanı 5 nəfərin həyatını itirdiyi bildirilib.
Kənan YUSİF