"Rusiya və ABŞ arasında danışıqlar prosesi dalana dirənib"

 09:41 22.04.2025     152

"Rusiya və Ukrayna arasında pasxa bayramına görə 30 saatlıq atəşkəs rejimi bitdi. Rusiya kütləvi şəkildə Ukraynanın mülki infrastrukturuna dron və raketlərlə hücum edir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.  Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın 30 günlük atəşkəs teklifi Kreml tərəfindən qəbul edilmir:

"ABŞ dövlət katibi nəticəsiz danışaqları uzun müddət aparmayacaqlarını Kremlin diqqətinə çatdırıb. Trampın 100 günlük prezidentlik müddəti başa çatıb, amma atəşkəsə nail ola bilməməsi məhz Kremlin mövqeyindən asılıdır. Putin bununla  Trampın reputasiyasına ciddi zərbə vurmuş oldu. ABŞ-nin Ukrayna ilə bağlı Avropa ilə birgə çıxış etməsi mümkün görünür.

Tramp çalışdı ki, Avropasız Putinlə danşsın. Putin də Trampdan Avropanı istədi. Nəticədə danışıqlar fiaskoya uğradı. ABŞ prezidenti Ukraynaya daha geniş şəkildə hərbi yardımlar göndərsə, Putini fakt qarşısında qoyub, güzəştli atəşkəs masasında əyləşdirə bilər. Pentaqon və Ağ Ev də bununla bağlı ciddi müzakirələrin getməsi istisna deyil. Rusiya ilə diplomatik danışıqların nəticəsiz olduğu aydın şəkildə müəyyən edildi".

Vasif ƏLİHÜSEYN