Trampın Ukraynadakı sülhlə bağlı planı ortaya çıxdı

 10:04 22.04.2025     96

ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün hazırladığı sülh planında Avropa qoşunlarının atəşkəsə nəzarət məqsədilə bu ölkəyə yerləşdirilməsi təklif oluna bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Post” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mənbəyə görə, bu addım Ukraynanın təhlükəsizlik təminatlarını gücləndirmək məqsədi daşıyır. Planda həmçinin Ukrayna, Rusiya və neytral bir ölkənin iştirakı ilə cəbhə xəttinə nəzarət edəcək birgə komissiyanın yaradılması nəzərdən keçirilir.

Bundan əvvəl isə Trampın təklif etdiyi sülh planında Ukraynaya Krımı Rusiya ərazisi kimi tanımaq və NATO-ya üzvlükdən imtina etmək təklif olunmuşdu. Vaşinqton hazırda Kiyevdən bu təkliflərə cavab gözləyir.

Aytəkin TOFİQQIZI