Trampın reytinqi son illərin ən aşağı səviyyəsinə düşdü

 10:49 22.04.2025     121

ABŞ-nin Prezidenti Donald Trampın ictimai bəyənmə reytinqi 42 faizə enib.

Redaktor.az bu barədə "Reuters"in sorğusuna istinadla məlumat verir.

Sorğuda iştirak edənlərin yalnız 42 faizi Trampın prezident kimi fəaliyyətini bəyəndiyini bildirib. Bu göstərici əvvəlki sorğu ilə müqayisədə daha da azalıb. Respondentlərin əksəriyyəti, o cümlədən Respublikaçılar arasında da bir çoxu Trampın yenidən prezidentliyə namizəd olmamasını istəyir.

Eyni zamanda sorğu göstərib ki, amerikalıların 59 faizi ABŞ-nin beynəlxalq nüfuzunu itirdiyini düşünür, yalnız 37 faizi isə Trampın iqtisadi siyasətini dəstəkləyir.

Aytəkin TOFİQQIZI