ABŞ hökuməti Google-nin Chrome brauzerini satmasını tələb edir

 11:07 22.04.2025     82

ABŞ Ədliyyə Nazirliyi Google-nin bazarda üstün mövqeyinə görə bölünməsini istəyir.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

İddialardan biri də odur ki, şirkət Chrome brauzeri vasitəsilə istifadəçiləri öz xidmətlərinə yönəldir.

Ədliyyə Nazirliyi bildirir ki, Chrome Google-nin internetdə dominantlıq etməsində mühüm rol oynayır. Bu səbəbdən, şirkətin brauzeri satması tələbi gündəmdədir.

Məhkəmə proseslərinin üç həftə davam edəcəyi gözlənilir.

Google isə məsələyə münasibət bildirərək vurğulayıb ki, istifadəçilər onların məhsullarını keyfiyyətinə görə könüllü seçirlər.

Aytəkin TOFİQQIZI