Ermənistan parlamentində dava düşdü

Ermənistan parlamentində "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə müxalif "Ermənistan" blokunun nümayəndələri arasında dava düşüb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, dava deputatlar Geqam Manukyan və Vae Qaluumyan arasında baş verib.
Mübahisə "Ermənistan" fraksiyasının qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulduğu qanun layihəsinin təqdim edilməsinə dair bəyanatından sonra başlayıb.
Parlament sədri Alen Simonyan birbaşa yayımın dayandırılmasını tələb edib, bundan sonra zala hüquq-mühafizə əməkdaşları daxil olub.