Çin Yaponiyaya ABŞ tariflərinə qarşı birgə müqavimət təklif edir

 19:42 22.04.2025     92

Çin hakimiyyəti Tokioya ABŞ-nin tarif siyasətinə qarşı səyləri əlaqələndirməyi təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb. 

Jurnalistlərin məlumatına görə, bu məzmunlu məktub Çin Dövlət Şurasının baş naziri Li Tsyanqdan Yaponiyanın Baş naziri Şiqeru İşibaya göndərilib. Tokio Vaşinqtonun müttəfiqi olduğu üçün Pekinin təklifinə ehtiyatla cavab vermək niyyətindədir. 

Xatırladaq ki, aprelin 1-də Çin , Yaponiya və Cənubi Koreya ABŞ-nin ticarət məhdudiyyətlərinə qarşı birgə mübarizə aparmaq və elektron komponentlərin qarşılıqlı tədarükünü gücləndirmək barədə razılığa gəliblər. Müqavilələrə əsasən, Çin Yaponiya və Cənubi Koreya istehsalçılarından mikroçiplər almaq niyyətindədir.

ABŞ və Yaponiya daha sonra tariflərlə bağlı danışıqlar aparıblar. 

Turan İSMAYIL