Çin Myanmardakı atəşkəsi izləmək üçün ölkəyə heyət GÖNDƏRDİ

 20:06 22.04.2025     103

Çin, Myanmardakı hərbi xunta rejimi ilə Myanmarın Milli Demokratik İttifaq Ordusu (MNDAA) arasında əldə olunan atəşkəsin icrasını izləmək məqsədilə bu ölkəyə heyət göndərdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Ciakun, Pekində keçirilən mətbuat konfransında, tərəflərin yanvar ayında Kunminq şəhərində baş tutan görüşlərdən sonra razılaşdırdıqları atəşkəsi izləmək üçün Çin sərhədinə yaxın Laşio şəhərinə nümayəndə heyətinin göndərildiyini bildirib.

Guonun bu açıqlaması, MNDAA qüvvələrinin ötən il nəzarətə götürdüyü şəhərdən bu səhər geri çəkilməsilə bağlı yayılan xəbərlərin ardınca gəlib.

Sözçü, Çin nümayəndə heyətinin Laşiodakı sülh keçidinə şahidlik etdiyini, tərəflərin isə ölkənin şimalında sülh və sabitliyin təmin olunmasında göstərdiyi konstruktiv rola görə Çinə təşəkkür etdiklərini bildirib.

Guo Ciakun, Çinin atəşkəs prosesini və Kunminqdəki sülh danışıqlarını dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Kənan YUSİF