Filippin yaxınlığında 6,2 bal gücündə zəlzələ OLDU

Filippinin cənubundakı Mindanao bölgəsi yaxınlarında, İndoneziyanın Talaud Adaları ətrafında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, yeraltı təkanların episentri Mindanaonun Pondaquitan bölgəsinin 269 kilometr açığında, təxminən 117 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alan və ya dağıntı ilə bağlı hər hansı məlumat daxil olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı da verilməyib.
Qeyd edək ki, Filipinlər dünyada seysmik aktivliyin ən yüksək olduğu “Sakit okean od kəməri” üzərində yerləşir.
Kənan YUSİF