"Narkokapan-Ankara" əməliyyatında həbs edilənlərin sayı 620-yə yüksəldi

Türkiyə tarixinin ən genişmiqyaslı narkotik əməliyyatı olan “Narkokapan-Ankara” əməliyyatı çərçivəsində həbs edilən şübhəlilərin sayı 620-yə çatıb.
Redaktor.az xəbər verir ki, Ankara və Ankara Qərb Baş Prokurorluqlarının koordinasiyası ilə həyata keçirilən istintaq çərçivəsində 17 aprel tarixində 14 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Saxlanılanlardan 620 nəfəri ifadə verdikdən sonra məhkəməyə çıxarılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.
Əməliyyatla bağlı istintaq və ifadə prosesləri davam etdirilir.
Kənan YUSİF