ABŞ-nin dəstəyi olmadan Rusiya ilə münaqişə mümkün deyil

 09:50 23.04.2025     128

ABŞ-nin Rusiya ilə mümkün münaqişədə Avropanı dəstəkləməkdən imtina etməsi Aİ üçün ölümcül ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Politoco" nəşrinin məqaləsində qeyd olunub.

ABŞ-nin dəstəyi olmadan Avropada qoşunların hərəkəti daha yavaş və çətin olacaq, bu isə real böhran zamanı ölümcül nəticələrə səbəb ola bilər.

Məqalədə bildirilir ki, Avropa liderləri strateji muxtariyyəti müzakirə etsələr də, ABŞ hələ də hərbi mobilliyin əsas vasitələrinə nəzarət edir – təyyarələr, gəmilər, yanacaq xətləri, peyklər və kibermüdafiə kimi resurslar.

Hollandiyanın TNO konsaltinq şirkətindən Kimberli Kraver bildirib ki, Avropada ağır hərbi texnikanı daşımaq üçün lazım olan xüsusi maşınlar çatışmır. “Yüngül texnikanı hərəkət etdirmək mümkündür, ancaq ağır texnikanı yox”, – deyə o,vurğulayıb.

Aytəkin TOFİQQIZI