"Qərb Rusiyaya təzyiqləri artırır, Tramp da buna razıdır"

"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya ikitərəfli danışıqlar təklifini irəli sürüb. Ukraynanın cəbhə xəttində güclənməsi, Avropa ölkələrinin vahid mövqeyi Kremli buna sövq edir".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, təbii ki, ikitərəfli danışıqlar Ukrayna üçün arzuolunan deyil:
"İkitərəfli danışıqlarda ən uğurlu format Azərbaycanla-Ermənistan arasında müsbət istiqamətdə irəliləyişlər əldə olunduğundan Putinin də bu təcrübədən istifadə etməyi istisna deyil. Görünür, Putin Azərbaycanla Ermənistan arasında təcrübədən istifadə etmək istəyir. İkitərəfli danışıqlarda Kiyevlə anlaşmasını arzu edir.
Buna baxmayaraq Rusiya bununla Zeleskinin legitimliyini tanıdığını qəbul etdi. Çünki, Putin Ukraynada Ali Radanın danışıqlarda legitimliyini olduğunu vurğulamışdır.
Qeyd edim ki, ABŞ, Rusiyanın danışıqlarda 30 günlük atəşkəsə getmədiyi üçün Ukraynaya silah və kəşfiyyat məlumatlarını artırıb. Qərb Rusiyaya təzyiqləri artırır. Avropa qoşunlarının Ukraynaya yeridilməsi gündəmdədir. Tramp da buna razıdır. Rusiyanın Ukraynada qalib gəlməsi mümkün görünmür".
Vasif ƏLİHÜSEYN