Britaniya Ukraynanın “bir nömrəli köməkçisi” olduğunu bildirdi

 10:07 23.04.2025     209

Böyük Britaniya özünü Ukraynaya yardım göstərməkdə əsas tərəfdaş hesab edir.

Redaktor.az xəbər verir ki, bu barədə “The Paper” qəzeti yazıb.

London Ukraynanın müdafiə qabiliyyətinin artırılmasında əsas rol oynadığını vurğulayıb.

Mənbəyə görə, Britaniya həm döyüş meydanında, həm də diplomatik danışıqlarda Kiyevin güclü mövqeyə sahib olmasına çalışır. Həmçinin qeyd olunur ki, britaniyalı hərbçilər ukraynalı əsgərlərə Rusiya pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə təlim keçəcək.

Böyük Britaniyanın baş naziri Keir Starmer 2025-ci il üçün Ukraynaya genişmiqyaslı hərbi yardım paketi vəd edib. O, təhlükəsizlik sahəsində böyük yükün Britaniyanın üzərinə düşdüyünü deyib.

Aytəkin TOFİQQIZI