Çinlə danışıqlarda mehriban olacağıq - Tramp

ABŞ-nin Prezidenti Donald Tramp bildirib ki, Çinlə aparılacaq danışıqlarda yumşaq mövqe tutacaq.
Redaktor.az xəbər verir ki, Donald Tramp bu barədə "NBC News"a açıqlamasında bildirib.
Tramp həmçinin qeyd edib ki, Çin ABŞ-də biznes aparmaq istəyirsə, razılaşmaya gəlməlidir.
Keçmiş diplomat Rik Uoters isə xəbərdarlıq edib ki, ABŞ və Çin arasındakı münasibətlər artıq təkcə ticarət məsələlərini deyil, daha böyük geosiyasi qarşıdurmaları da əhatə edə bilər.
Aytəkin TOFİQQIZI