Tramp NATO ilə bağlı unikal qərar qəbul etmək istəyir

ABŞ Prezidenti Donald Tramp NATO-nun Müttəfiqlərə Dəstək Komandanlığına rəhbərlik edəcək ilk avropalı şəxs təyin etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası bu vəzifəni ilk dəfə olaraq bir Avropa vətəndaşına təhvil verməyi düşünür. Bu qərarın Amerikanın Avropanın müdafiəsinə olan marağını azaldacağı bildirilir.
NATO-nun Müttəfiqlərə Dəstək Komandanlığının rəhbəri, alyansın gücləndirilməsi və dəstək şəbəkəsi daxilində marşrutlar və hərəkət planlarının idarə olunmasına cavabdehdir. Həmçinin, o, fövqəladə hallar planlarını hazırlayır və hərbi blok ölkələri arasında strateji əlaqələri təmin edir. Bu komanda Brüsseldə deyil, Almaniyanın Ulm şəhərində yerləşir.
“Politico” jurnalı həmçinin qeyd edib ki, Avropa, hipotetik bir NATO silahlı münaqişəsi zamanı qoşunların çatdırılması və hərəkətinin təmin edilməsi məsələsində çətinliklərlə üzləşir. Bu, dəmir yollarının və körpülərin bu cür əməliyyatlar üçün uyğun olmaması ilə əlaqəlidir.
Aytəkin TOFİQQIZI