İstanbulda ard-arda güclü zəlzələ OLDU

 13:58 23.04.2025     342

Türkiyənin İstanbul şəhərində ard-arda iki güclü zəlzələ baş verib

Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Məlumata əsasən, İstanbulun Silivri rayonu çevrəsində qeydə alınan ilk yeraltı təkan 3.9 bal gücündə olub. Daha sonra 4,4 bal gücündəl zəlzələ qeydə alınıb. Çox keçmədən 6,2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlardan insanlar arasında yaranan təşvişlə əlaqədar şəhərin mobil rabitə sistemində ciddi pozuntular yaşanır.

Dağıntılar və itkilər barədə hələ ki məlumat yoxdur.