Gənc aktrisa vəfat ETDİ

 17:13 23.04.2025     183

6 yaşında aktyorluğa başlayan, Rassel Krou və Nikol Kidman kimi ulduzlarla filmə çəkilən gənc aktrisa Sofi Nyuveyd dünyasını dəyişib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, onun ölüm xəbərini anası Şelli Gibson açıqlayıb. Amma ölüm səbəbi ilə bağlı heç bir məlumat verməyib.

Ş.Gibson açıqlamasında qızını itirdiyinə görə çox kədərləndiyini bildirib:

"Rahat yat, Sofim. O, bizə çox az vaxt bəxş etdi. Qızım onu ​​tanıyanların hamısına işıq oldu. Biz çox kədərlənirik."

Xatırladaq ki, 2000-ci ilin iyul ayında anadan olan Sofi Nyuveyd aktyorluq karyerasına çox gənc yaşda başlayıb. İlk böyük rolunu "Bella" filmində cəmi 6 yaşında ikən oynayıb. 2009-cu ildə çəkilmiş "Mamut" filmində Mişel Uilyamsla birlikdə rol alan Nyuveyd həmin il Berlin Beynəlxalq Film Festivalına qatılıb.

Gənc aktrisa 2014-cü ildə çəkilən "Nuh: Böyük Tufan" filmində Rassel Krou və 2017-ci ildə çəkilən "Bacımın evlənməsi" filmində Nikol Kidman ilə eyni səhnəni bölüşüb.

Vasif