AFAD-dan "zədələnmiş binalara girməyin" XƏBƏRDARLIĞI

 22:19 23.04.2025     165

Türkiyə Fövqəladə Halların İdarə Olunması Başqanlığı (AFAD), İstanbulda baş verən zəlzələlərdən sonra vətəndaşlara zədələnmiş binalara girməmək barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, AFAD-ın sosial media hesabında yayımlanan açıqlamada deyilir:

“Zəlzələ sonrası ərazidəki zədələnmiş binalara qətiyyən daxil olmayın. Riskli binaların yaxınlığında durmayın. Əlaqə vasitəsi kimi qısa mesaj (SMS) və internet əsaslı mesajlaşma tətbiqlərindən istifadə edin. Rəsmi qurumların xəbərdarlıqlarını izləyin".

 

Vumart və Güvən reklamı Vumart Güvən