Türkiyədə silahından qəfil atəş açılan əsgər şəhid OLDU

 22:23 23.04.2025     69

Türkiyənin Batman vilayətinin Beşiri rayonunda silahı təsadüfən atəş alan Jandarma Uzman Çavuş Şükrü Taş şəhid olub.

Redaktor.az xəbər verir ki, 18 aprel tarixində xidmət etdiyi Beşiri rayonunda, birlikdə keçirilən silah və təchizat baxışı zamanı silahının təsadüfən atəş alması nəticəsində Şükrü Taş ağır yaralanıb.

Əvvəlcə Beşiri Dövlət Xəstəxanasına aparılan Taş, daha sonra Batman Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb. Burada 6 gün davam edən həyat mübarizəsini təəssüf ki, uduzub və şəhid olub.

Kənan YUSİF