ABŞ Prezidentinin xüsusi nümayəndəsi Putinlə görüşə BİLƏR

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof aprelin 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
“Flightradar” izləmə xidmətinin məlumatına görə, göyərtəsində Stiven Uitkofun olduğu “Gulfstream G650” təyyarəsi Parisdən Rusiyaya doğru uçub.