İstanbulda baş verən zəlzələdən sonra fövqəladə toplantı KEÇİRİLDİ

 23:00 23.04.2025     62

İstanbulun Silivri açıqlarında baş verən 6,2 bal gücündəki zəlzələdən sonra Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Başqanlığı (AFAD) tərəfindən Türkiyə Təbii Fəlakət Müdaxilə Planı (TAMP) çərçivəsində bütün aidiyyəti qurumların iştirakı ilə fövqəladə toplantı təşkil olunub.

Redaktor.az xəbər verir ki, AFAD-ın rəsmi sosial media hesabında verilən açıqlamada bildirilir ki, zəlzələnin saat 12:49-da qeydə alınmasından dərhal sonra saat 13:15-dən etibarən TAMP işə salınıb. Daxili İşlər nazirinin müavini Münir Karaloğlunun rəhbərliyi ilə bütün təbii fəlakət qruplarının nümayəndələri AFAD-ın Baş İdarəsinin Fövqəladə Hallar Mərkəzində toplanıb və vəziyyət real vaxtda izlənilir.

Kənan YUSİF